Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının dəstəyi ilə “AFFFAİR” brendinin rəhbəri, məhşur moda dizayneri Rüfət İsmayıl ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizəyə qoşulmaq məqsədilə yeni “LoveLife” adlı aksiyaya start verir.

Aksiya çərçivəsində Rüfət İsmayıl tərəfindən xüsusi şəkildə dizayn edilmiş və məhdud sayda hazırlanmış köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə ediləcək gəlir Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə olunacaq.

Vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər.

Bunun üçün üzərində köynək ilə foto çəkdirib, #love #life #blessed həştəqlərindən istifadə edərək “İnstagram” səhifəsində paylaşmaq, daha sonra bu fotonu “AFFFAİR” təşkilatına göndərmək kifayətdir.

Təşkilat göndərilmiş fotolardan istifadə edərək xüsusi fleşmob düzəldib öz rəsmi saytında yerləşdirəcək.

Ətraflı məlumatı layihə üçün xüsusi yaradılmış veb-səhifədən (https://www.lovelife.az/az/) əldə edə bilərsiniz.

Əlavə məlumat üçün:

https://www.facebook.com/creative.az

https://www.instagram.com/kreativaze

info@creative.az