Hazırda dünyanın bir nömrəli probleminə çevrilən koronavirus (COVİD-19) infeksiyası ilə mübarizədə əsas güc səhiyyə işçilərinin üzərinə düşür.

Onlar pandemiya dövründə həyatlarını riskə ataraq böyük əzmlə virusa yoluxmuş şəxsləri müalicə edirlər. Bu fədakarlar sırasında Azərbaycan həkimləri də var.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı videoçarx ağxalatlı qəhrəmanlara həsr olunub.

Videonu buradan izləmək mümkündür: https://fb.com/mct.gov.az/videos/652640995577174/