Rusiyanın “TurStat” turizm portalı MDB ölkələrinin ziyarətlər, onlaynturlar və virtual ekskursiyalar üçün populyar olan ən yaxşı muzeylərinin və müasir incəsənət mərkəzlərinin reytinqini təqdim edib.

Reytinqdə “Qaraj” muzeyi (Rusiya) və Moskva Müasir İncəsənət Mərkəzi liderdir. İlk beşlikdə Minskdəki Belarus Respublikası Milli Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi, Nur-Sultandakı Sülh və Həmrəylik Sarayı (Piramida) da yer alıb.

Siyahı muzeylərin populyarlığı, virtual turlar və muzey ekspozisiyaları üzrə ekskursiyaların təklifi baxımından aparılan tədqiqatların nəticələri əsasında tərtib edilib.