Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi istedadlı oxucularının yaradıcılığı ilə müntəzəm maraqlanır və onların əsərlərini #evdeqalevdeyaratchallenge-i çərçivəsində təqdim edir.

Kitabxananın növbəti virtual sərgisi istedadlı gənc rəssam Fəridə Həsənlinin yaradıcılığına həsr olunub. Gənc rəssamın müxtəlif mövzularda işlədiyi əsərlər rəng çələngi və işləmə texnikası ilə diqqəti cəlb edir.

Xəzər rayon MKS həmçinin “Mənim sevimli kitabım” layihəsini təqdim edib. Kitabxana oxucuları keçirilən layihəyə qoşularaq sevdikləri və karantin boyunca oxuduqları kitabları paylaşaraq hər kəsə tövsiyə ediblər. Sərgi və layihə ilə kitabxananın “Youtube” kanalından tanış olmaq olar.

***

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində virtual turlar təşkil edir. Layihədə Xızı, Ucar, Göyçay, Ağcabədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edirlər.

Layihənin məqsədi ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq mövcud karantin rejimində insanları vaxtlarını səmərəli keçirməyə təşviq etmək, Vətənimizin müxtəlif guşələrini, o cümlədən bölgələrimizdəki tarixi-mədəni irsi onlara tanıtmaqdır. Növbəti virtual səyahətin ünvanı Tərtər rayonu olub.