Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın tarixi abidələri” adlı virtual sərgi onlayn rejimdə oxuculara təqdim edilib.

Virtual sərgidə (http://anl.az/el/vsb/ Azerbaycanin_tarixi_abideleri/index.html) təqdim olunana hər bir tarixi abidə haqqında ətraflı məlumat verilir. Həmçinin Milli Kitabxananın saytının  “Elektron kataloq və elektron kitabxana” bölməsində yerləşdirilmiş mövzuya dair resursların linkləri qeyd olunub.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli Kitabxana “Qobustan” adlı növbəti elektron məlumat bazasını da virtual rejimdə istifadəçilərə təqdim edib.

Elektron məlumat bazası (http://anl.az/el/emb/QOBUSTAN/index.html) istifadəçilər üçün böyük əhəmiyyət kəsb edəcək. Məlumat bazasında “Qobustan” Milli Tarixi-Bədii Qoruğu haqqında sənədlər, tarix və memarlıq abidələri, Qobustan haqqında yazılan kitab və məqalələr, “Qobustan” sənət toplusu və digər materiallar təqdim olunur. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə verilib.