Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May – Qələbə Günü festival-müsabiqəsi elan edib.

Bir turdan ibarət müsabiqə fortepiano, xalq çalğı, simli, nəfəs alətləri, gitara, xanəndə, vokal, estrada oxuma və rəsm ixtisasları üzrə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.

İştirakçılar ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə festival-müsabiqəyə qatıla bilərlər. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınır. İştirak haqqında ərizələr məktəb rəhbərliyi tərəfindən aprelin 28-dək seadeteminova@mail.ru elektron poçt ünvanına təqdim olunmalıdır.

Müsabiqə ilə bağlı ətraflı məlumat üçün (+994) 50 355 08 49 mobil telefonu ilə əlaqə saxlamaq olar.