Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova Varşava Universitetinin tələbələrinə Azərbaycan tarixini onlayn rejimdə tədris edir.

Tarix İnstitutundan bildirilib ki, Nərgiz Axundova “Azərbaycanın Orta əsrlər tarixi”, “Azərbaycan çar və sovet Rusiyasının işğalı dövründə”, “Azərbaycanın xarici siyasəti” və “Azərbaycanın beynəlxalq əlaqələri” fənləri üzrə onlayn mühazirələr keçir.

Xatırladaq ki, Polşadakı Azərbaycanşünaslıq Mərkəzi Varşava Universiteti, Azərbaycanın Polşadakı səfirliyi, AMEA-nın Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) birgə əməkdaşlığı çərçivəsində yaradılıb.