Xalq artisti Mənsum İbrahimov yetirməsi Əməkdar artist Təyyar Bayramovla birgə Ağdamın cəbhəyanı kəndlərində yaşayan 150 aztəminatlı ailəyə ərzaq yardımı edib.

Xalq artisti dünyada, o cümlədən ölkəmizdə yayılmış koronavirus pandemiyasının davam etdiyi bu günlərdə hər kəsi dövlətimizin başçısının çağırışlarına dəstək olmağa çağırıb. Bu gün hər kəsin dövlətin qayğısını hiss etdiyini söyləyən sənətkar deyib ki, Azərbaycan Prezidentinin aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı gördüyü işlər göz qabağındadır. Bu çətin günlərdə həyata keçirilən tədbirlər, xüsusilə də işsiz insanlar üçün nəzərdə tutulan birdəfəlik ödəmələr bir daha göstərdi ki, Prezidentimiz hər bir Azərbaycan vətəndaşını düşünür.

“Biz də bu işdə dövlətimizə kömək etməliyik ki, dünyanı bürüyən bu bəladan tez çıxaq. Bu günlərdə hər kəs bacardığı yaxşılığı edir, insanlıq nümunələri göstərir. Allaha şükür ki, xalqımız hər zaman əl tutmağı bacarır, hər kəs bacardığı qədər yardım göstərir. Biz bununla bir daha birlikdə güclü olduğumuzu nümayiş etdiririk”, – deyə M.İbrahimov bildirib.