Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Mətbuat tarixi və publisistika məsələləri” kitabının ikinci cildi nəşr edilib.

Nəşrin elmi redaktoru və ön sözün müəllifi institutun direktoru, akademik İsa Həbibbəylidir. Kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyatın inkişafında mətbuat faktoru” adlı yazısı ilə açılır. Kitabın tərtibçisi filologiya elmləri doktoru, professor Vüqar Əhməddir, rəyçiləri filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.

Topluda institut əməkdaşlarının “Ədəbiyyat qəzeti”ndə publisistika”, “Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır”, “Hacı Səlim Səyyahın gizli imzaları”, “Satirik poeziyada işlədilən klassik şeir şəkilləri (“Molla Nəsrəddin” jurnalı əsasında)”, “Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq publisistikasında şərhi”, “Əhməd bəy Ağaoğlunun memuar irsində mövzu və problematika” və s. məqalələri yer alıb.