Azərbaycanın audiovizual industriyasının inkişafı ilə bağlı konsepsiyanın yaradılması nəzərdə tutulur.

Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, bu istiqamətdə ilk addım kimi 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün anlaşma sənədi imzalayıb. Sözügedən razılaşma ölkənin televiziya məkanında ciddi islahatların başlanmasına zəmin ola bilər.

Məlumatda bildirilir ki, yaxın vaxtlarda Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, İP TV xidmət provayderləri, radio kanalları, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin dövlət strukturları ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.