Karantin rejimində ali təhsil ocaqlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə birgə səylər elektron qaydada davam etdirilir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, “EQAC” layihəsi çərçivəsində virtual görüş keçirilib.

Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsinin bölmə rəhbəri, “EQAC” layihəsi üzrə menecer Faina Qaçabəyova da virtual görüşə qatılıb.

Onlayn görüşdə layihə tərəfdaşlarından Azərbaycan üzrə 11 universitetin nümayəndəsi və İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universiteti ekspertlərinin iştirakı ilə pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gerçəkləşdirilməsi, gələcək fəaliyyət istiqamətləri və gündəlik məsələlər müzakirə edilib.