Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin “Şeyx Sənan” dördpərdəli pyesinin orijinal nüsxəsi Türkiyədə satışa çıxarılıb.

1926-cı ildə “Azərnəşr” tərəfindən çap edilən 121 səhifəlik kitab “Nadir kitab” yayın evi tərəfindən satışa çıxarılıb. Nəşr barədə arayışda kitabda Hüseyn Cavidin avtoqrafının olduğu da diqqətə çatdırılır. Kitabı yaxın dostu doktor Xəlil bəyə hədiyyə edən ədib onun üçün avtoqraf yazıb: “Qardaşım doktor Xəlil bəy əfəndiyə. Hüseyn Cavid”.