Azərbaycanlı gənc bəstəkar İlahə İsrafilova və Qazaxıstanın “Nomad” instrumental musiqi qrupu bir araya gələrək “Sarı gəlin” mahnısını onlayn ifa ediblər.

Birgə virtual ifa təqdimatı Beynəlxalq Astana Universiteti və Qazaxıstanın #BİRGEMİZ xeyriyyə platformasının dəstəyi ilə #evdəqal kampaniyası çərçivəsində reallaşıb.

Qeyd edək ki, “Nomad” qrupunun rəhbəri Oljas Kurmanbek Qazaxıstanın tanınmış sənətçiləri olan Kurmanbeklər ailəsinin nümayəndəsidir.