Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə uşaq və gənclər arasında keçirilən “Qavaldaş” zərb çalğı alətləri ifaçılığı üzrə III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinə yekun vurulub.

Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli Musiqi məktəbinin nağara ixtisası üzrə şagirdi Əliağa Cəfərzadə beynəlxalq festival-müsabiqədə birinci yerə layiq görülüb.

Layihənin məqsədi uşaq və gənclərin istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, milli musiqi alətlərinin və mədəni irsin qorunması, o cümlədən nağara alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının artırılmasıdır.