Virtual sərgidə foto və rəsm əsərləri nümayiş etdirilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının növbəti virtual sərgisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.

Sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatındakı hadisələri, eləcə də ümummilli liderin incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar, Heydər Əliyevin rəssamlar tərəfindən müxtəlif texnika və üslubda işlənmiş portretləri nümayiş olunub.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.