Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 14-nə olan məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ötən müddətdə ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib. 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xatırladaq ki, bir gün öncə 65 yeni yoluxma faktı qeydə alınmış, 54 nəfər sağalmışdı. Mayın 12-də bu göstərici müvafiq olaraq 104 (yoluxma) və 55 (sağalma) idi.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214 291 test aparılıb.