Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVİD-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib.

H.Kluqe müsahibəsində deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu daha təhlükəli ola bilər. Onun sözlərinə görə, dünya ölkələri pandemiyanın ikinci dalğasına hazırlaşmalıdır. O, məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməyə başlayan ölkələrə müraciət edərək vurğulayıb ki, arxayınlaşmaq vaxtı deyil.