Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası “Birlikdə düşünək, birlikdə tapaq” devizi ilə ailəvi onlayn viktorinaları davam etdirir.

28 May – Respublika Gününə həsr olunmuş viktorinanın qalibi İbrahimli ailəsi seçilib və qalib ailəyə 5 kitab hədiyyə edilib.

Növbəti onlayn viktorina 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilib. Müsabiqəyə qatılan ailələr 1 saat ərzində təqdim olunan 50 sualı cavablandırıblar.

Viktorinanın sualları Respublika Uşaq Kitabxanasının clb.az saytında təqdim olunur.