Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 4-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 262 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il təvəllüdlü iki nəfər vəfat edib.

İyunun 3-də ölkədə koronavirusa 325 yoluxma faktı qeydə alınmış, 101 nəfər müalicə olunalaraq evə buraxılmışdı. Həmin gün 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər koronovirusdan  vəfat etmişdi.

Məlumatda bildirilir ki, ötən dövrdə ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.