Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Mərkəzin direktoru Naminə Ömərova ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilən ənənəvi rəsm müsabiqəsinin bu il COVİD-19 pandemiyası və karantin səbəbindən onlayn şəkildə keçirildiyini qeyd edib. Müsabiqəyə təqdim olunan əl işləri mərkəzin “Facebook” səhifəsində nümayiş olunaraq qiymətləndirilib.

Mərkəzin direktoru Naminə Ömərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar müsabiqənin qaliblərinə diplomlar, iştirakçılara təşəkkürnamələr təqdim edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.

Mükafatlandırma mərasimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq edilmiş zəruri sosial məsafə və sanitar-gigiyenik qaydalara riayət olunaraq keçirilib.