Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyunda qəbul etdiyi  qərara əsasən, həftəsonu – 6-7 iyun tarixində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 6 və 7 iyun tarixində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixində keçiriləcək.

DİM-dən verilən məlumata görə, iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

“İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.