Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 11-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İyunun əvvəlindən başlayaraq həm koronavirusa yoluxma sayında, həm də vəfat edən xəstə sayında artım var. 1 iyun – 168 yeni yoluxma (5 vəfat), 2 iyun – 273 (3), 3 iyun – 325 (5), 4 iyun – 262 (2), 5 iyun – 338 (4), 6 iyun – 377 (2), 7 iyun – 314 (4), 8 iyun – 323 (5), 9 iyun – 315 (5), 10 iyun – 339 (4). 1-11 iyun tarixində vəfat edənlərin ümumi sayı 45 nəfər təşkil edib. 

Ümumilikdə fevralın sonundan başlanan test yoxlamaları nəticəsində ölkəmizdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib. 3844 nəfərin müalicəsi davam edir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 362 min 654 test (o cümlədən 11 iyunda 6622) aparılıb.