Kolumbiyanın “Facebook” sosial şəbəkəsindəki “De la literatura” (“Ədəbiyyat haqqında”) səhifəsi görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ispan dilinə tərcümə olunmuş “İki ananın bir oğlu” hekayəsini yayımlayıb.

Hekayə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində dərc olunub. Tərcümə Mərkəzindən bildirilib ki, hekayə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.

Xatırladaq ki, bir qədər əvvəl Venesuelanın “Papel Literario” qəzeti Dövlət Tərcümə Mərkəzinin layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırmışdı.