Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 18-nə olan məlumatına görə, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Qeyd edək ki, bir gün öncə – 17 iyunda 7 nəfər vəfat etmişdi.

Ümumilikdə iyunun əvvəlindən etibarən koronavirusa gündəlik yoluxma sayı 300-dən çox olub, həmçinin vəfat edənlərin sayı da artmaqdadır. Son yeddi günün rəqəmləri də bunu göstərir: 12 iyun – 336 yeni yoluxma (5 vəfat), 13 iyun – 352 (2), 14 iyun – 387 (4), 15 iyun – 367 (3), 16 iyun – 338 (4), 17 iyun – 329 (7), 18 iyun – 338 (6). Bu günlərdə (12-18 iyun) COVİD-19-dan  31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib. 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.