Avqustun 13-dən 16-dək Polşanın Poznan şəhərində XIV “Gözəl dad” beynəlxalq festivalı keçiriləcək. Festival pandemiya şəraiti nəzərə alınaraq epidemioloji qaydalara əməl olunaraq təşkil ediləcək.

Poznanın qədim bazar meydanında keçirilməsi nəzərdə tutulan festivalda yerli mətbəx nümunələri ilə yanaşı, digər ölkələrdən, habelə Azərbaycandan gətiriləcək şirniyyatlar da nümayiş ediləcək. Bunların arasında paxlava, şəkərbura, halva çeşidlərimiz, habelə türk paxlavası, Balkan qutabı, italyan paninisi, macar lanqoşu və s. yer alacaq. Məhsullar həm satış, həm də yerində dadına baxmaq üçün iştirakçılara təqdim olunacaq.

Festival çərçivəsində müxtəlif müsabiqələr, sərgilər və musiqili səhnələr təşkil olunacaq.