Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu  və ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı və “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.