Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-ci tədris ilinin yay semestrinin imtahan sessiyası davam edir. ATMU-dan bildirilib ki, Təhsil Nazirliyinin müvafiq tövsiyələrinə əsasən mövcud vəziyyətlə əlaqədar olaraq imtahan sessiyası onlayn qaydada (müsahibə, təqdimat) təşkil olunub.

İmtahanlarda bakalavriat səviyyəsi üzrə 320 qrupdan 7 min 149 tələbə iştirak edib və hamısı müvəffəq qiymət alıb. 358 tələbə müəyyən səbəblərdən imtahanlarda iştirak edə bilməyib. Magistratura səviyyəsi üzrə 143 qrupdan 990 magistrant imtahan verib, 49 tələbə isə müəyyən səbəblərdən imtahanlara qatılmayıb. Avqust ayında təşkil olunacaq icmal mühazirələrdə iştirak üçün 335 tələbə qeydiyyatdan keçib.