Sabunçu Gənclər evinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Gənclərin motivasiya forumu keçirilib. Onlayn forumda 400-ə yaxın gənc iştirak edib.

Forumun keçirilməsində məqsəd gənclərin uğur qazanmaq üçün təşviq olunması, onlarda ruh düşkünlüyünün aradan qaldırılması, şəxsi nizam-intizam vərdişlərinin formalaşdırılması, karantin müddətində gənclərin sosial və fərdi inkişafına təkan verilməsidir.

Sabunçu Gənclər evinin direktoru Samir Mehralıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova, “Karnegi Klub”un rəhbəri, təlimçi Nəcəf Allahverdiyev,  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov, türkiyəli təlimçilər Mustafa və Kamal Altıntaş qardaşları və başqaları “Motivasiya və baxış bucağı”, “Fərdi inkişafda motivasiya” və s. mövzularda çıxış ediblər.

Çıxışlardan sonra viktorinalar keçirilib, qaliblərin adları açıqlanıb.