Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 2-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 572 yeni yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib. 8 031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 976, ötən müddət ərzində isə ümumilikdə 495 828 test aparılıb.

Qeyd edək ki, artıq 10 gündür (23 iyundan etibarən) ölkədə koronavirusa yeni yoluxma sayı 500-600 arasında dəyişir. Təkcə iyun ayında ümumi yoluxma sayı və aktiv xəstə sayı 3-4 dəfə artıb, ümumi ölüm sayı 3 dəfədən çox (mayın sonu 63, iyunun sonu 213) artıb. Son bir həftədə 48 nəfər vəfat edib: 26 iyun – 7 vəfat, 27 iyun – 6, 28 iyun – 5, 29 iyun – 8, 30 iyun – 7, 1 iyul – 7, 2 iyul – 8.