Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan-Avstriya Turizm Proqramı” (AATP) üzrə “AATP BA Cohort 2017” qrupunun bakalavr buraxılış imtahanı keçirilib.

Universitetdən bildirilib ki, “Microsoft Teams” platforması üzərindən keçirilən onlayn imtahan ATMU və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanmış “Turizm və qonaqpərvərlik üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi”nə əsasən təşkil olunub.

On doqquz tələbə imtahanı uğurla verib və AATP məzunu adını qazanıb. Həmçinin tələbələrdən beşi fərqlənmə ilə İMC Krems diplomunu qazanıb. Bu tələbələr ikili diplom müqaviləsinə əsasən, ATMU-nun və İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alacaqlar.

Xatırladaq ki, “Azərbaycan-Avstriya Turizm Proqramı” 13 ildir davamlı şəkildə fəaliyyət göstərir. Bu günədək 235 nəfər (222 bakalavr,13 magistr) AATP məzunu olub.