Videoçarx müsabiqəsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsinə yekun vurulub.

İki yaş kateqoriyası üzrə (14-25 və 26-35) müsabiqəyə 1-25 iyun tarixində qeydiyyat aparılıb, sonra qaliblər müəyyən olunub.

Münsiflər heyəti tərəfindən seçim zamanı təqdim olunan videoçarxların mövzunu əhatə etməsi, çəkilişin keyfiyyəti, şəxsi yaradıcılıq, nitq mədəniyyəti və materialın heç yerdə yayımlanmaması nəzərə alınıb. Nəticələrə əsasən 14-25 yaş kateqoriyası üzrə I yerə Həcər Əsgərova, II yerə Nəzrin Nuriyeva, III yerə Nail Nağıyev, 26-35 yaş kateqoriyası üzrə Tural Əliyev I, Sərxan Abdullayev II, Əbülfəz Məmmədov III yerlərə layiq görülüblər. Qaliblər pul mükafatı, həmçinin müvafiq diplomla təltif olunublar.

Müsabiqəyə Bakı şəhərindən qatılan və qalib olan iştirakçıların mükafatları onların ünvanlarına çatdırılacaq.