İyulun 1-də tanınmış kitabxanaşünas alim, Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılovun 75 yaşı tamam olub.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətindən  bəhs edən virtual sərgi təqdim olunub.

Sərgidə alimin fəaliyyətini əks etdirən fotolar, elmi məqalələri, kitabları, elmi redaktoru olduğu və haqqında yazılmış kitabların elektron versiyaları yer alıb.

Virtual sərgidə tammətnli resurslar da yerləşdirilib.