Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə görkəmli şair, repressiya qurbanı Mikayıl Müşfiq haqqında “Vikipediya” elektron ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

AMM-in “Vikipediya” könüllüləri tərəfindən yaradılan bölmədə Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan şairin həyatı, yaradıcılığı, repressiya dövründə fəaliyyəti, yaratdığı əsərlər haqqında məlumatlar yer alıb.

Bölmədə, həmçinin Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi və irsinin təbliği məqsədilə Azərbaycanda dövlət tərəfindən görülən işlər barədə məlumat verilir.