AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” respublika elmi konfransına tezis qəbulunu davam etdirir.

İnstitutdan bildirilib ki, ölkədəki mövcud sanitar-epidemioloji vəziyyət və elmi ictimaiyyətin istəkləri nəzərə alınaraq konfransa tezis qəbulunun vaxtı iyul ayının sonunadək uzadılıb. Konfransda iştirak etmək istəyənlər tezislərini konfrans150@mail.ru elektron ünvanına göndərməlidir.

Konfrans Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən keçiriləcək.

Konfransın keçirilməsinin dəqiq tarixi karantin rejimindən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.