Türkiyənin Qars vilayətində XI əsrdə inşa edilən Əbül Mənuçöhr məscidi təmir olunacaq. Anadoluda ilk türk məscidi olan tarixi abidədə bərpa işləri 2021-ci ildə başa çatdırılacaq. Məscidin Malazgirt zəfərinin (1071) 950 illiyində ibadətə açılması nəzərdə tutulur.

Qeyd edək ki, ən qədim Səlcuqlu yadigarlardan hesab olunan, 1072-ci ildə Əbül Mənuçöhr tərəfindən tikdirilən və onun adını daşıyan məscid Ani arxeoloji abidələri ilə birlikdə 2016-cı ildə UNESCO-nun Dünya irs siyahına daxil edilib.