Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkədəki hesabları vasitəsilə “Pandemiya dövründə incəsənətin inkişaf yolu” mövzusunda müzakirə aparılıb. Müzakirəyə rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədov qatılıb.

Qalereyadan bildirilib ki, onlayn görüşdə rəssamlar pandemiya səbəbindən hazırda dünyada yaranmış mövcud vəziyyətin ölkəmizdə yaradıcılıq prosesinə təsirindən danışıblar. Sosial şəbəkə izləyicilərinin mövzu ilə bağlı  sualları cavablandırılıb.