İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı xüsusi poçt markası dövriyyəyə buraxılıb.

Poçt markası ədibin yubileyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin 2020-ci il 31 yanvar tarixli sərəncamının icrası ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə hazırlanıb.

Qeyd edək ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə bağlı səfirlik tərəfindən bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları hazırlanaraq dövriyyəyə buraxılmışdı.