2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından biri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldas­̧ı Sevinc Orucova Ermənistan ordusu ilə döyüşdə həlak olmuş general-mayor Polad Həşimov haqqında ürək sözlərini sosial şəbəkədə paylaşıb:

“Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım.. Düs­̧ündüm ki, yəqin səhv olub... Raquf şəhid olanda da bu cür qars­̧ılamışdım... Sən demə, iki qəhrəman dostun ruhları artıq qovus­̧ubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış. General Polad Həs­̧imov... Raqufun silahdas­̧ı, dəyər verdiyi dostlarından biri. Mənim ümidim Sizlərə idi, Raqufu itirəndən sonra, Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını.

Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir!”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə rəhbərlik edən S.Orucova Vətən naminə birləşməyin vacib olduğunu vurğulayaraq yazıb:

“2016-cı ilin qələbə ruhlu Aprel döyüşlərindən sonra mən yalnız bacardıqca şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmis­̧əm. Qisas gününü gözləmis­̧əm, itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını. Bu gün o gündür! Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək!...

Bu qədər qanın ic­̧ərisində mən atəşkəs yox, qisas istəyirəm. Qarabağ uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qisasını... Arxalı, harınlamış, yag­̆ı düşmən artıq dövlət sərhədimizi pozur. Hamımız öz cəbhəmizdə döyüs­̧ə hazırıq! Yetər ki, torpaqlarımız azad olunsun! Yetər ki, biz şəhid ailələrinin gözyas­̧ı qurusun! Düşmənə aman verməyək! Bu gün bütün Azərbaycan döyüşçüdür!

Ruhun şad olsun, cənab General!

Görüs­̧əndə Raqufa salam de...”.