Pakistan mediasında məqalə dərc olunub

“İslamabad Post” qəzetində, “Diplomatic News Agency” və “Dispatch News Desk” xəbər agentliklərində, eləcə də “Centreline” jurnalında dərc olunan məqalə İçərişəhərin Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsinin 20 illik yubileyinə həsr olunub.

Məqalədə qədim Bakının tarixi və memarlıq incisi olan İçərişəhərin açıq səma altında muzey olduğu vurğulanır, İçərişəhərin memarlıq abidələrindən, qədim şəhər planlamasından bəhs olunur. İçərişəhərin ən qədim abidəsinin Bakının simvolu – Qız qalası olduğunu bildirən müəllif XII-XV əsrə aid Şirvanşahlar sarayının da Azərbaycan memarlığının incisi olduğunu diqqətə çatdırır.

Materialda İçərişəhərdə ümumbəşəri, milli və yerli əhəmiyyətli çoxsaylı binaların olduğu və bu tarixi məkanın UNESCO siyahısına daxil olduqdan həmin abidələrin qorunması və bərpası istiqamətində işlərin aparıldığı qeyd edilir.