İyulun 17-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Virtual ARTIM” layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində virtual müzakirə təşkil olunacaq.

Rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə anonim müzakirələrin mövzusu “Rəqəmsal yuxular” adlanır.

“YARAT”dan bildirilib ki, müzakirələr zamanı “qeyri-adi vaxtlarda hansı yuxular insanları narahat edir”, “qapalı vəziyyətdə şüuraltınızda nə baş verir”, fobiyalar, qarabasmalar və klaustrofobik ssenarilərlə bağlı söhbət aparılacaq.

Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edəcək.