“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin solo ifa kateqoriyası üzrə qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş müsabiqədə paytaxtdakı məktəblərin I-VIII sinif şagirdləri iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən, 274, 288 və 220 nömrəli orta məktəblərin şagirdləri Fəqan Xəlilli, Fatimə Şükürzadə, Zəhra Abdulalı I, II, III yerin sahibi olublar. 15 iştirakçı – 3, 20, 30, 34, 71, 78, 81, 125,142, 191, 232, 234 və 274 nömrəli tam orta məktəblərin şagirdləri tərifnaməyə layiq görülüblər.

Qeyd edək ki, “Sevimli nəğmələr” müsabiqəsi yalnız bu dəfə bir kateqoriya – solo ifa üzrə təşkil olunub. Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqəyə ümumilikdə 150 solo ifa təqdim edilib.