22 iyul Milli Mətbuat Günüdür. Bu gün milli mətbuatımızın 145 yaşı tamam olur.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk mətbu orqan – “Əkinçi” qəzetinin 1-ci sayı çapdan çıxıb. İki il ərzində 56 sayı işıq üzü görən qəzet mədəni-maarif tariximizdə, Azərbaycan xalqının milli oyanışı və özündərki yolunda tarixi səhifə açdı. Bu səhifəni və onun davamını yazan böyük ziyalılarımızı rəhmətlə anır, bu gün bu yolda çalışan bütün həmkarlarımızı təbrik edirik.