Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 2018-ci il 6 iyun ta­rix­li 119 nöm­rə­li Fər­ma­nı (Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nun­ve­ri­ci­lik Top­lu­su, 2018, № 6, mad­də 1209, № 10, mad­də 2002; 2019; № 5, mad­də­lər 822, 825, № 10, mad­də 1588, № 12, mad­də 1929) ilə təs­diq edil­miş “Azər­bay­can Res­pub­li­ka­sı­nın Mə­də­niy­yət Na­zir­li­yi haq­qın­da Əsas­na­mə”də aşa­ğı­da­kı də­yi­şik­lik­lər edil­sin:

1.1. 5.4-cü bəndə “birinci müavini” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin;
1.2. 5.8-ci bənddə “müavininə” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin;
1.3. 5.9-cu bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2020-ci il.

 

A.Q.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2020-ci il.

 

A.Q.Kərimovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2020-ci il.

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyul 2020-ci il.