“Mədəniyyət” kanalı yeni “Mən də əsgərəm” adlı layihəyə başlayıb. Bu barədə kanalın direktoru Ramil Qasımov məlumat verib. Onun sözlərinə görə, layihənin həyata kec­̧irilməsində əsas məqsəd gənclərdə Vətənə sevgi hissi formalaşdırmaq, onlarda mübarizə ruhunu daha da artırmaqdır.

“Son günlər cəhbə xəttində, dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr xalqımızın mübarizə əzmini bir daha bütün dünyaya göstərdi. “Mən də əsgərəm” layihəsi vasitəsilə hər bir istedadlı və yaradıcı şəxs öz yaradıcılıg­̆ı ilə gəncləri vətənpərvərliyə, mübarizəyə səsləyə bilər. Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər kəs – bəstəkar, musiqic­̧i, heykəltəraş, rəssam, aktyor, rejissor, bir sözlə, mədəniyyətlə məşğul olan hamı bu layihədə iştirak edə bilər”, - deyə R.Qasımov əlavə edib.

Layihədə iştirak etmək istəyənlər vətənpərvərlik mövzusunda olan əsərini 2 dəqiqədən artıq olmamaq şərtilə çəkərək +99450-492-14-58 nömrəsinə “WhatsApp” vasitəsilə göndərə bilərlər.

Layihə başa çatdıqdan sonra iştirakçılar “Mədəniyyət” kanalının təşkilatçılığı ilə keçiriləcək telefestivalda iştirak edəcəklər.