Milli mətbuatın yubileyi münasibətilə poçt markası buraxılıb

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında poçt markası dövriyyəyə buraxılıb.

Poçt markası milli mətbuatın yubileyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC tərəfindən hazırlanıb.

Nazirlikdən verilən məlumata görə, markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük mааrifçi, nаşir Həsən bəy Zərdаbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.

Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış marka 5 000 ədəd tirajla Belarusun “Bobruisk İntegrated Printing House” mətbəəsində çap olunub.