“Dəyər ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında layihəyə imza atıb. Böyük şairə, xan qızı Xurşudbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir.

Üç dildə (Azərbaycan, rus və ingilis) təqdim olunan mahnını  gənc müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Natalya Qonçarovaya, sözləri Zəhra Bədəlbəyliyə məxsusdur. Natiq Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir. “Dəyər ver”in növbəti layihəsi “Azərİpək” MMC-nin dəstəyi ilə həyata keçirilib.