Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi araşdırma və innovasiya şöbəsinin böyük elmi işçisi, sənətşünas Vaqif Muğallı ilə Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları arasında onlayn görüş təşkil olunub.

Görüşdə Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları ilə yanaşı dərnək üzvləri də iştirak ediblər. Onlayn görüşün əsas mövzusu “Ümumi incəsənət anlayışı və müasir Azərbaycan rəssamlığı” olub. Vaqif Muğallı mövzu ilə bağlı çıxış edərək, son yüz ildə rəssamlıq sənətinin inkişaf mərhələləri və görkəmli nümayəndələrindən söz açıb.

Müzakirə formatında keçən görüşdə daha sonra sənətşünas Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşlarına və dərnək üzvlərinə öz tövsiyələrini verib.