Azərbaycan Milli Xalça Muzeyində 360 dərəcə virtual tur yenilənib. Muzeydən bildirilib ki, virtual tur vasitəsilə arzu edən hər kəsin Bakının orijinal və möhtəşəm memarlıq binasını bütünlüklə gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları görmək imkanı var.

Azərbaycan Milli Xalça Muzeyinə virtual tur etmək istəyən şəxslər bunun üçün telefon, planşet və ya kompüterdən istifadə edə bilər. Eyni zamanda muzeyi dünyanın istənilən nöqtəsindən virtual reallıq eynəkləri vasitəsilə gəzmək mümkündür.

Qeyd edək ki, muzeyə 360 dərəcə virtual turda Azərbaycan və ingilis dillərində müfəssəl məlumat yer alır.

Pandemiya ilə əlaqədar yaranmış maneələrə baxmayaraq, Milli Xalça Muzeyi dünyanın istənilən nöqtəsində yaşayan insanlara yaxın və əlçatandır.