Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 27-nə olan məlumatına görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1956 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.

Qeyd edək ki, avqust ayında gündəlik yoluxma sayı iyun-iyul ilə müqayisədə az olsa da, 22 avqustdan başlayaraq mənfi dinamika (yoluxma sayının sağalanlardan çox olması) davam edir.