Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiq edilib.

Baş Nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncam əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

 

Şuranın sədri:

Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

 

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor.